26.1. Məhkəmə-Hüquq Şurasının sədri Məhkəmə-Hüquq Şurasının hakim üzvləri sırasından Məhkəmə-Hüquq Şurası üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Məhkəmə-Hüquq Şurası sədrinin səlahiyyət müddəti beş ildir.
26.2. Məhkəmə-Hüquq Şurasının sədri:
26.2.1. Məhkəmə-Hüquq Şurasını təmsil edir;
26.2.2. Məhkəmə-Hüquq Şurasının işini təşkil edir;
26.2.3. Məhkəmə-Hüquq Şurasının iclaslarını çağırır;
26.2.4. Məhkəmə-Hüquq Şurasının iclaslarında sədrlik edir;
26.2.5. Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün şuranın iclaslarına çıxarır;
26.2.6. Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitə sərəncam verir;
26.2.7. Məhkəmə-Hüquq Şurasının Aparatına ümumi rəhbərliyi həyata keçirir;
26.2.8. Məhkəmə-Hüquq Şurası Aparatının işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, mükafatlandırır və onların intizam qaydasında cəzalandırılması məsələsini həll edir;
26.2.9. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
26.3. Məhkəmə-Hüquq Şurasının sədri səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə Məhkəmə-Hüquq Şurasının üzvləri onun hakim üzvləri sırasından müvəqqəti sədr əvəzi seçirlər. Sədr əvəzi seçildiyi müddətdə Məhkəmə-Hüquq Şurası sədrinin səlahiyyətlərini tam həcmdə həyata keçirir.
26.4. Məhkəmə-Hüquq Şurasının sədri bu qanunun 26.2.6-26.2.8-ci maddələrində müəyyən edilmiş səlahiyyətlərin həyata keçirilməsini şura üzvlərindən birinə həvalə edə bilər.