8.1. Məhkəmə-Hüquq Şurası üzvlərinin şuranın üzvü olduqları müddət ərzində iş yerləri üzrə əməkhaqları saxlanılır. Əməkhaqqı almayan və ya işəmuzd əməkhaqqı alan Məhkəmə-Hüquq Şurasının üzvlərinə şuranın iclaslarında iştirak etdikləri günlər üçün Məhkəmə-Hüquq Şurası tərəfindən onların son iki ildə orta illik gəliri əsasında hesablanmış gündəlik haqq ödənilir.
8.2. Məhkəmə-Hüquq Şurasının üzvlərinə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin vəzifə maaşının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir. Əlavə pul təminatı Məhkəmə-Hüquq Şurası tərəfindən dövlət büdcəsindən şuraya ayrılmış vəsait hesabına ödənilir.