9.1. Məhkəmə-Hüquq Şurasının üzvləri müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Məhkəmə-Hüquq Şurasının üzvü şuradakı fəaliyyətinə, səsverməyə, söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.
9.2. Məhkəmə-Hüquq Şurasının hakim olmayan üzvləri hakim statusundan irəli gələn toxunulmazlığa malikdirlər. Məhkəmə-Hüquq Şurası üzvünün cinayət təqibi, bununla bağlı onun səlahiyyətlərinin icrasına buraxılmaması və bu səlahiyyətlərin sonrakı bərpası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 101-ci maddəsində hakimlər üçün müəyyən edilmiş qaydada həyata keçirilir.
9.3. Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinə aid bütün məsələlərin həllində Şura üzvlərinin hüquqları bərabərdir.
9.4. Məhkəmə-Hüquq Şurasının üzvləri onların statusunu təsdiq edən xidməti vəsiqəyə malikdirlər.