Qanunvericilik › Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Təhlükəsizliyi təmin edən orqanlar

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi barədə qərar aşağıdakı orqanlar tərəfindən qəbul edilir:

1) müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri — bu orqanın əməkdaşları və ya onların yaxın qohumlarının müdafiəsi barədə;

2) prokurorluğun rəhbərləri — prokurorluğun əməkdaşları və ya onların yaxın qohumlarının müdafiəsi barədə;

3) məhkəmə sədri — hakimlərin və ya onların yaxın qohumlarının müdafiəsi barədə.

Təhlükəsizlik tədbirləri aşağıdakı orqanlar tərəfindən həyata keçirilir:

1) hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, habelə onların yaxın qohumları barəsində — müvafiq icra hakimiyyəti orqanları;

2) müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri, habelə onların yaxın qohumları barəsində — həmin orqanlar.

Müdafiə olunan şəxslərin təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarına həvalə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver