Qanunvericilik › Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müdafiə olunan şəxslər barəsində təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi üçün səbəblər aşağıdakılardır:

1) müdafiə olunan şəxsin ərizəsi;

2) məhkəmə sədrinin və ya müvafiq hüquq mühafizə orqanı rəhbərinin müraciəti;

3) mövcud təhlükə barədə təhlükəsizliyi təmin edən orqanlar tərəfindən əməliyyat məlumatlarının və ya digər məlumatların əldə edilməsi.

Müdafiə olunan şəxslər barəsində real təhlükələrin mövcudluğunu göstərən kifayət qədər məlumatların olması təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi üçün əsasdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver