Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət aşağıda göstərilən səbəblərdən biri və ya bir neçəsi olduqda edilir:
fiziki və hüquqi şəxslərin şikayətləri;
mediada dərc olunmuş məlumatlar;
işlərə apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində baxılarkən aşkar edilmiş qanun pozuntuları və hakimlər haqqında bu məhkəmələrin çıxardığı xüsusi qərarlar;
İnsan hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında əks etdirilmiş qanun pozuntuları;
hakimlərin fəaliyyətinin qiymətləndirilməsi zamanı və məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində aşkara çıxan qanun pozuntuları;
intizam icraatının başlanılması barədə müraciət hüququ olan şəxslərin əldə etdikləri digər məlumatlar.