Hakimlər yalnız aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir:
işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozduqda;
hakim etikasını pozduqda;
əmək və icra intizamı haqqında qanunvericiliyin tələblərini pozduqda;
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə;
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə;
hakim adına ləkə gətirən hərəkətə yol verdikdə.