Meliorasiya və irriqasiya sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
bələdiyyə mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;
Birliklərin fəaliyyətini dəstəkləmək;
meliorasiya və irriqasiya tədbirləri həyata keçirilərkən müvafiq ərazilərdə ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmasına nəzarət etmək;
meliorasiya və irriqasiya sistemləri layihələrinin ekspertizasında iştirak etmək;
öz səlahiyyətləri daxilində meliorasiya və irriqasiya sahəsində fiziki və hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək;
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.
IV fəsil
Melİorasİya və İrrİqasİya sahəsİndə dövlət İdarəetməsİ