Qanunvericilik › Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması

Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meliorasiya və irriqasiya sistemləri pasportlaşdırılmalıdır. Pasportlaşdırma aparılarkən meliorasiya və irriqasiya sistemləri, habelə meliorasiya və irriqasiya sisteminə daxil olan və ya ayrılıqda yerləşən hər bir hidrotexniki qurğu üçün onların texniki xarakteristikası və vəziyyəti barədə məlumatları özündə əks etdirən pasport tərtib edilir.

Meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver