Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri aşağıdakılardır:
Birliyin xidmət göstərdiyi ərazidə yerləşən torpaqların istifadəçiləri istisna olmaqla, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinin və uzunmüddətli sazişlərə uyğun olaraq Birliklərin suvarma suyu ilə təchiz edilməsi;
meliorasiya və irriqasiya sahəsində respublika və regional (rayon) proqramlarının hazırlanması və həyata keçirilməsi;
meliorasiya və irriqasiya tədbirlərinin maliyyələşdirilməsinin təşkili;
Birliklərin istifadəsində olan sistemlər istisna olmaqla, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarının təşkili;
su obyektlərindən götürülən suların müəyyən edilmiş qaydada bölüşdürülməsi və sudan istifadəyə nəzarət edilməsi;
meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılması və kadastrının aparılması;
suvarılan və meliorasiya olunmuş torpaqların uçotunun təşkili və monitorinqinin aparılması;
meliorasiya və irriqasiya sahəsində standartların, normaların və qaydaların işlənib hazırlanması;
meliorasiya və irriqasiya sistemləri layihələrinin dövlət ekspertizasının aparılması, onların təsdiq edilməsi;
meliorasiya və irriqasiya sahəsində elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin təşkili;
suvarılan və meliorasiya olunmuş torpaqların vəziyyətinə, meliorasiya və irriqasiya sistemlərinin istismarına nəzarət;
bu Qanunun 30-14-cü maddəsinə uyğun olaraq Birliklərin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi;
qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətlər