Meliorasiya və irriqasiya tədbirlərinin planlaşdırılması meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən meliorasiya və irriqasiya sahəsində respublika və regional (rayon) proqramları, habelə bələdiyyələrin, birliklərin torpaq sahəsinin mülkiyyətçiləri və istifadəçiləri olan fiziki və hüquqi şəxslərin sifarişləri əsasında aparılır.
Meliorasiyanın bu və ya digər növünün seçilməsi müvafiq ərazinin təbii-iqlim xüsusiyyətlərindən və kənd təsərrüfatının ehtiyaclarından asılı olaraq müəyyən edilir.
Bələdiyyələrin, torpaq sahəsinin mülkiyyətçiləri və istifadəçiləri olan fiziki və hüquqi şəxslərin sifarişi ilə meliorasiya və irriqasiya tədbirləri planlaşdırılarkən meliorasiyanın növləri və meliorasiya və irriqasiya tədbirinin miqyası müvafiq standartlara, normalara və qaydalara uyğun müəyyən edilir.