Qanunvericilik › Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Meliorasiya və irriqasiya tədbirlərinin aparılması

Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meliorasiya və irriqasiya tədbirləri texniki-iqtisadi cəhətdən əsaslandırılmaqla, müvafiq tikinti, ekoloji, sanitariya və digər standartlara, normalara və qaydalara uyğun işlənib hazırlanmış layihələr əsasında ixtisaslaşdırılmış dövlət tikinti təşkilatları, habelə fiziki və hüquqi şəxslər tərəfindən aparılır.

Fəaliyyəti su obyektlərindən istifadə ilə bağlı olan meliorasiya və irriqasiya sistemlərinin layihələndirilməsi və tikintisi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq verilmiş sudan istifadəyə dair müqavilə əsasında həyata keçirilir.

Torpaqların aqro-meşəmeliorasiyası bu Qanuna və Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver