Qanunvericilik › Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Suvarılan və meliorasiya olunmuş torpaqlarda yerləşən meliorasiya və irriqasiya sistemlərindən istifadə

Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarındakı torpaq sahələri fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə həmin sistemlərin bölünməməsi və onlardan istifadə texnologiyasına əməl olunması şərtilə verilə bilər.

Ümumi istifadədə olan meliorasiya və irriqasiya sistemlərinin hüdudlarında suvarılan və meliorasiya olunmuş torpaqlar fiziki şəxslər arasında bölüşdürüldükdə həmin şəxslər göstərilən sistemlərin saxlanmasını və təmirini istifadə etdikləri suyun həcminə və torpaq sahələrinə mütənasib olaraq payçılıq əsasında aparmalıdırlar. Fiziki şəxslər bu işləri müqavilə əsasında müvafiq təşkilatları cəlb etmək və ya yeni təşkilat yaratmaq yolu ilə həyata keçirə bilərlər.

(Çıxarılıb)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver