Qanunvericilik › Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Meliorasiya və irriqasiya sistemlərinin istifadəsi zamanı su münasibətlərinin tənzimlənməsi

Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meliorasiya və irriqasiya sistemlərinin istifadəsi zamanı su münasibətləri Azərbaycan Respublikasının su qanunvericiliyi ilə tənzimlənir.

Su ehtiyatlarından səmərəli istifadə olunması, su təminatına yönəldilmiş dövlət xərclərinin ödənilməsi, suyun dəqiq uçotunun aparılması məqsədi ilə sudan ödənişli istifadə tətbiq edilir.

Sudan ödənişli istifadə mərhələlərlə həyata keçirilir.

Sudan ödənişli istifadə qaydaları Azərbaycan Respublikasının Su Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

Birliklərin suvarma suyu ilə təchiz edilməsi bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ilə 10 ildən az olmayan müddətə bağlanan sazişə əsasən həyata keçirilir. Su mənbələrində suyun bolluğu səviyyəsinə mütənasib olaraq veriləcək suyun həcminin yuxarı və aşağı hədləri həmin sazişdə müəyyən olunur. Əkinlərin növündən və sahəsindən asılı olaraq tələb olunan suyun həcmləri və suyun verilməsi qrafiki bu hədlər daxilində illik müqavilələrlə müəyyən edilir. Sazişlərin və illik müqavilələrin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Suyun müqavilədə nəzərdə tutulmuş həcmlərdə və vaxtlarda verilmədiyinə görə Birliyə vurulmuş zərərin əvəzi mülki qanunvericiliyə uyğun olaraq ödənilir.

Birliklərin öz üzvlərinə və üzvü olmayan şəxslərə verdiyi suya görə haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi su tarifləri, habelə istifadəsində olan meliorasiya və irriqasiya sistemlərinin saxlanmasına, istismarına, yaxşılaşdırılmasına və inkişafına tələb olunan xərclər nəzərə alınmaqla, Birlik müəyyən edir və bu barədə bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yerli təşkilatına məlumat verir. Birlik xidmət etdiyi ərazidəki üzvü olmayan torpaq sahibləri üçün daha yüksək su haqlarını müəyyən edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver