Suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqlarda hər cür fəaliyyət meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanlarının tələblərinə uyğun həyata keçirilməlidir.
Suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqlarda meliorasiya və irriqasiya ilə əlaqədar olmayan tikinti və digər işlərin görülməsi torpaqların su, hava və qida rejimini pisləşdirməməli, meliorasiya və irriqasiya sistemlərinin, qoruyucu meşə əkinlərinin istismarına mane olmamalıdır.
Suvarılan və meliorasiya olunmuş (olunacaq) torpaqlarda rabitə və elektrik xətlərinin, boru kəmərlərinin, yolların və digər obyektlərin tikintisi və istismarı meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla həyata keçirilməlidir.
VI fəsil
Melİorasİya və İrrİqasİya tədbİrlərİnİn malİyyələşdİrİlməsİ