Qanunvericilik › Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. Meliorasiya və irriqasiya sistemlərinin istismarı

Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meliorasiya və irriqasiya sistemlərini, qoruyucu meşə əkinlərini istismar edən fiziki və hüquqi şəxslər həmin obyektləri saz (lazımi) vəziyyətdə saxlamalı və onların korlanmasına yol verməməlidirlər.

Meliorasiya və irriqasiya sistemlərinin, qoruyucu meşə əkinlərinin saz (lazımi) vəziyyətdə saxlanması:

dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri (Birliklərin istifadəsinə verilən sistemlər istisna olmaqla), qoruyucu meşə əkinləri üzrə — meliorasiya və ya irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanı;

Birliklərin istifadəsinə verilən dövlət meliorasiya və irriqasiya sistemləri, qoruyucu meşə əkinləri üzrə - Birliklər;

bələdiyyə mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri, qoruyucu meşə əkinləri üzrə — bələdiyyələr;

ümumi və fərdi istifadədə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri, qoruyucu meşə əkinləri üzrə — həmin obyektlərin mülkiyyətçiləri və istifadəçiləri tərəfindən təşkil edilir.

Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Meliorasiya və irriqasiya sistemlərinin istismarı və qoruyucu meşə əkinlərinin saxlanması qaydalarına riayət etmək bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver