Qanunvericilik › Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Məlumat toplularının rəsmi qeydiyyatı

Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Müəlliflik hüququnun obyekti olan məlumat toplusuna müstəsna müəlliflik hüquqlarının sahibi (sahibləri) hüquqların qüvvədə olduğu müddətdə onu "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq və xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun istehsalçısı (istehsalçıları) isə məlumat toplusunu (tərkibində dövlət sirrinə aid informasiyalar saxlayan məlumat toplusu istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda rəsmi qeydiyyatdan keçirə bilərlər.

12.2. Məlumat toplusunu rəsmi qeydiyyatdan keçirən şəxsə qeydiyyat haqqında şəhadətnamə verilir.

12.3. Məlumat toplularının rəsmi qeydiyyat qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

12.4. Rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirilməlidir.

12.5. Müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun və məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatına görə qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver