11.0. Xüsusi qorunma hüququ məlumat toplusunun aşağıdakı istehsalçılarına tətbiq edilir:
11.0.1. Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə;
11.0.2. Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
11.0.3. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə əsasən xarici fiziki və hüquqi şəxslərə.