Qanunvericilik › Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Hüquqların müdafiəsinin mülki-hüquqi vasitələri

Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Məlumat toplularının hüquq sahibləri və istehsalçıları öz hüquqlarının müdafiəsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edə bilərlər.

15.2. Məlumat toplularına hüquqların pozulması ilə bağlı, məhkəməyə müraciət edilərkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar da tətbiq edilə bilər:

15.2.1.zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən məlumat toplusuna hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;

15.2.2.zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə yüz on manatdan əlli beş min manatadək məbləğdə kompensasiya ödənilməsi.

15.3. Hüquq pozuntusu faktı sübut edildiyi halda zərər dəyib-dəyməməsindən asılı olmayaraq hüquq sahibi və ya istehsalçı hüquq pozuntusuna yol verən şəxsdən məlumat toplusundan qeyri-qanuni istifadənin hər bir halına və bütövlükdə pozuntuya görə kompensasiya ödəməsini tələb edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver