Qanunvericilik › Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Müəlliflik hüququ ilə qorunan məlumat toplusuna əmlak hüquqlarının verilməsi, keçməsi və qorunma müddəti

Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.1. Müəlliflik hüququ ilə qorunan məlumat toplusuna əmlak hüquqları müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə tam və ya qismən verilə, həmçinin qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsəlik üzrə keçə bilər.

5.2. Məlumat toplusuna hüquqların müqavilə üzrə verildiyi halda həmin müqavilədə verilən əmlak hüquqlarının həcmi, topludan istifadə üsulları, hüquqların verildiyi müddət və ərazi, qonorarın həcmi və ödəniş qaydaları göstərilməlidir. Hüquqların verilməsi haqqında müqavilə yazılı şəkildə bağlanmalıdır.

5.3. Məlumat toplusuna müəlliflik hüququ toplunun yaradılması anından yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonrakı ilin əvvəlindən başlayaraq 70 il müddətində qüvvədə qalır.

5.4. Şərikli məlumat toplusuna müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının ölümündən sonrakı ilin əvvəlindən başlayaraq 70 il müddətində qüvvədə qalır.

5.5. Anonim və ya təxəllüslə dərc edilmiş məlumat toplusuna müəlliflik hüququ həmin toplunun qanuni dərc edildiyi tarixdən 70 il müddətində qüvvədə qalır. Əgər göstərilən müddətdə anonim və təxəllüslə dərc edilmiş toplunun müəllifi öz şəxsiyyətini açıqlayarsa və ya onun şəxsiyyəti sonradan şübhə doğurmazsa, ona bu Qanunun 5.3-cü maddəsinin müddəaları tətbiq edilir.

5.6. Məlumat toplusunun müəllifinin şəxsi (qeyri-əmlak) hüquqlarının qorunması müddətsizdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver