Qanunvericilik › Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Xüsusi qorunma hüququndan istisnalar

Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.0. Qeyri-müəyyən şəxslər dairəsinə istənilən üsulla təqdim olunmuş məlumat toplusunun qanuni istifadəçisi bu toplunun istehsalçısının icazəsi olmadan aşağıdakı hallarda həmin toplunun məzmununun əhəmiyyətli hissəsini götürə və ya təkrar istifadə edə bilər:

9.0.1. məlumat toplusunun məzmunu hər hansı şəxs tərəfindən qeyri-elektron üsullarla istifadə məqsədi ilə götürüldükdə;

9.0.2. mənbəyi göstərilmək şərti ilə qeyri-kommersiya məqsədi üçün lazım olan həcmdə təhsil prosesində illüstrasiya və ya elmi tədqiqat məqsədi ilə götürüldükdə;

9.0.3. ictimai təhlükəsizlik naminə və ya inzibati və məhkəmə icraatı üçün götürüldükdə və (və ya) təkrar istifadə edildikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver