Qanunvericilik › Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Xüsusi qorunma hüququnun qüvvədə olma müddəti

Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Bu Qanunun 6.1-ci maddəsində nəzərdə tutulan hüququn qüvvədə olma müddəti məlumat toplusunun hazırlanması anından qüvvəyə minir və hazırlandığı tarixdən sonrakı ilin əvvəlindən başlayaraq 15 il müddətində qüvvədə qalır.

10.2. Təqdim edilmə üsulundan asılı olmayaraq bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətin bitməsinə qədər qeyri-müəyyən şəxslər dairəsinə təqdim edilmiş məlumat toplusunun qorunma müddəti onun qeyri-müəyyən şəxslər dairəsinə ilk dəfə təqdim edildiyi tarixdən sonrakı ilin əvvəlindən başlayaraq 15 il müddətində qüvvədə qalır.

10.3. Məlumat toplusunun məzmununda (kəmiyyət və ya keyfiyyətcə) əhəmiyyətli sərmayə qoyuluşunu göstərən istənilən əhəmiyyətli dəyişiklik, o cümlədən əlavələrin, götürmələrin və ya ardıcıl dəyişmələrin cəmindən ibarət olan əhəmiyyətli dəyişiklik, bu topluya öz qorunma müddətinin müəyyən edilməsinə imkan verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver