Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Məşğulluğun təmin edilməsində yerli özünüidarəetmə orqanlarının iştirakı

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Yerli özünüidarəetmə orqanlarının məşğulluq sahəsində aşağıdakı hüquqları vardır:

16.1.1. öz vəsaiti hesabına işaxtaran və işsiz şəxslər üçün haqqı ödənilən ictimai işlər təşkil etmək;

16.1.2. məşğulluğa kömək göstərilməsi məqsədi ilə bu Qanunun 12-ci maddəsinə uyğun olaraq məşğulluq proqramlarının hazırlanmasında iştirak etmək;

16.1.3. məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin işində iştirak etmək;

16.1.4. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə uyğun olaraq yerli sosial müdafiə və sosial inkişaf proqramlarında əhalinin məşğulluğuna kömək göstərilməsi ilə bağlı əlavə təminatlar nəzərdə tutmaq.

16.2. Yerli özünüidarəetmə orqanları “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ailə kəndli təsərrüfatlarını uçota alır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver