27.1. İşsiz, bu Qanunun 20.2.2-ci, 21.1-ci və 24.1-ci maddələrinə uyğun olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur. Bu maddədə nəzərdə tutulmuş işsiz və işaxtaran kimi qeydiyyata alınan şəxs qeydiyyata alındığı tarixdən ən geci 14 gün ərzində fərdi məşğulluq proqramını təsdiq etməlidir.
27.2. İşsiz, habelə bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxs hər ay həmin ayın sonuncu iş günü bitənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) fərdi məşğulluq proqramında nəzərdə tutulmuş tədbirlərdə iştirakını müəyyənləşdirən fərdi məşğulluq proqramının icrası barədə elektron qaydada hesabat təqdim edir.
27.3. Fərdi məşğulluq proqramının icrası barədə hesabat işsiz şəxs tərəfindən təqdim edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta ödənişinin verilib-verilməməsi, işsiz kimi qeydiyyatın saxlanılıb-saxlanılmaması barədə qərar qəbul edir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görür.