Qanunvericilik › Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Biznes inkubatoru

Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan xidmətlər biznes inkubatoru ilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlər arasında bağlanılmış müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında təqdim edilir. Biznes inkubatoru ilə inkubasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlamış sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlər biznes inkubatorunun rezidenti sayılır.

11.2. Biznes inkubatoru inkubatorun rezidentinə əmlak, idarəetmə, biznes tərəfdaşların axtarılması və maliyyə resurslarının əldə edilməsi, kadr hazırlığı, texniki, informasiya, məsləhət, hüquqi, marketinq, icarə, lizinq və digər dəstək xidmətlərinin göstərilməsini təmin edir.

* (11.2-ci maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

11.3. Biznes inkubatorları məqsədli təyinatından asılı olaraq çoxsahəli və ya ixtisaslaşmış ola bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver