Qanunvericilik › Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi

Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin innovasiya, məhsul istehsalı və xidmət göstərilməsi sahəsində dövlət orqanları (qurumları) və bələdiyyələr tərəfindən dəstəklənməsi aşağıdakı formalarda həyata keçirilir:

12.1.1. ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin və seleksiya nailiyyətlərinin patentləşdirilməsinə, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yaradılan intellektual fəaliyyətin digər nəticələrinin dövlət qeydiyyatına alınmasına kömək göstərilməsi;

12.1.2. vençur sahibkarlığın inkişafına kömək göstərilməsi;

12.1.3. innovasiyalar, məhsul istehsalı və xidmət göstərilməsi sahəsində satınalma müqavilələrinin bağlanılmasına mikro, kiçik və orta sahibkarlıq subyektlərinin cəlb edilməsi üçün şəraitin yaradılması;

12.1.4. xarici investisiyaların cəlb edilməsinin və qarşılıqlı faydalı beynəlxalq innovasiya əməkdaşlığının inkişafının həvəsləndirilməsi;

12.1.5. mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən iri sahibkarlıq subyektlərinə aid edilmiş sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin müxtəlif stimullaşdırıcı tədbirlər vasitəsilə dəstəklənməsi.

12.2. Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları, eləcə də dövlət proqramları ilə dəstək tədbirləri müəyyən edilərkən bu Qanunla müəyyən edilmiş forma, istiqamət, prinsip və şərtlər əsas götürülməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver