Milli arxiv fondunun sənədləri mülkiyyət formasından və mühafizə yerindən asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.
Milli arxiv fondunun qeydiyyat sistemi arxiv fondlarının və sənəd kolleksiyalarının kəmiyyət və keyfiyyət göstəricilərinin məcmusudur. Qeydiyyat sisteminə arxiv fondlarının siyahısı (reyestri), kataloqu, qeydiyyat sənədləri, məlumat topluları və sənəd külliyyatları daxildir.