Qanunvericilik › Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Milli arxiv fonduna daxil edilən sənədlərin təsnifatı

Milli arxiv fondu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Milli arxiv fonduna aşağıdakı sənədlər daxil edilir:

Azərbaycan Respublikasının qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləri;

statistika, elmi, texnologiya, geologiya, normativ-texniki, layihə, konstruktor, patent, kartoqrafiya sənədləri və digər sənədlər;

kino, foto, fono (səs yazıları), video materialları, dizayn işləmələri və memarlıq layihələri;

əlyazmaları, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları;

sənət əsərləri, elmi, ədəbi və musiqi əsərləri;

partiya, ictimai və qeyri-dövlət təşkilatların sənədləri;

gündəliklər, memuarlar, məktublar və şəxsi xarakterli digər sənədlər;

elektron sənədlər;

sənədin əslini əvəz edən nüsxələr;

xarici dövlətlərdə olan Azərbaycanla bağlı arxiv sənədlərinin surətləri.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver