Azərbaycan Respublikasında dövlət, ictimai, dini və digər təşkilatlar, vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş qaydada arxiv yaratmaq hüququna malikdirlər.
Milli arxiv fondu:
qanunvericilik və icra hakimiyyəti orqanlarının;
məhkəmə orqanlarının;
prokurorluqların;
hərbi hissələrin və birləşmələrin, hərbi təhsil müəssisələrinin;
yerli özünüidarəetmə orqanlarının;
sənaye, tikinti, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə idarə, müəssisə və təşkilatların;
elm, mədəniyyət, tibb, təhsil və idman müəssisələrinin;
media subyektlərinin və nəşriyyatların;
qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında fəaliyyət göstərən birgə müəssisələrin, ictimai birliklərin, siyasi partiyaların və dini təşkilatların;
qeyri-dövlət idarə, müəssisə və təşkilatların;
Azərbaycan Respublikasının xarici ölkələrdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin, digər idarə, müəssisə və təşkilatlarının;
Azərbaycan Respublikası vətəndaşlarının arxiv sənədləri ilə komplektləşdirilir.
Dövlət arxiv fondu hüquqi və fiziki şəxslərdən bağışlama, vərəsəlik və qiymətli sənədlərin satın alınması yolu ilə də formalaşdırıla bilər.
Azərbaycan Respublikasından kənarda yerləşən Azərbaycana aid tarixi və mədəni irslə bağlı sənədlərin və ya onların surətlərinin ölkəyə qaytarılması və ya alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının keçmiş Prezidentinin rəsmi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır.