Müdafiə və hərbi quruculuq məsələlərinin qanunvericiliklə nizama salınması Azərbaycan Respublikası Milli Məclisinin müstəsna səlahiyyətinə aiddir.
Azərbaycan Respublikasının Milli Məclis aşağıdakıları təsdiq edir:
hərbi doktrinanı;
büdcədən müdafiə üçün ayrılan məbləği;
Azərbaycan Respublikasının hərbi sahədə digər dövlətlərlə əməkdaşlığının əsas istiqamətlərini, hərbi məsələlərə dair beynəlxalq və dövlətlərarası müqavilələri;
Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyətin elan edilməsi, qüvvədə olma müddətinin uzadılması və ləğv olunması barədə Azərbaycan Respublikası Prezidentinin fərmanlarını;
(Çıxarılıb)
hərbi andın mətnini və ümumqoşun nizamnamələrini;
Silahlı Qüvvələrin döyüş bayraqlarını və bayraqlarını;
hərbi qulluqçuların hərbi keyim formasını və fərqlənmə nişanlarını;
silahların və hərbi texnikanın dövlət inkişaf proqramını.
Azərbaycan Respublikasının Milli Məclis:
Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verir;
Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən istifadə haqqında qərar qəbul edir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin onun təyinatı ilə bağlı olmayan vəzifələrə cəlb edilməsi barədə qərar qəbul edir;
(Çıxarılıb)
müdafiə məsələləri üzrə Azərbaycan Respublikası qanunvericiliyinin həyata keçirilməsinə nəzarət edir;
hərbi rütbələri müəyyən edir;
(Çıxarılıb)