Azərbaycan Respublikasının Nazirlər Kabineti:
Silahlı Qüvvələrin vəziyyətinə görə məsuliyyət daşıyır;
Silahlı Qüvvələrin silah, hərbi texnika, döyüş sursatı və başqa vasitələrlə təchiz olunmasını təşkil edir;
müdafiə və Silahlı Qüvvələrin ehtiyacları üçün maddi-texniki, qida məhsulları, keyim və digər ehtiyatların həcmini, həqiqi hərbi xidmətə çağırılmalı olan Azərbaycan Respublikası vətəndaşlarının sayını, hərbi vəzifəlilərin və çağırışçıların uçotunun aparılması və səfərbərlik elan edilərkən hərbi vəzifəlilərin ölkə iqtisadiyyatının ehtiyacları üçün səfərbərlik üzrə hərbi çağırışına və müharibə dövründən sonrakı çağırışlarına möhlət verilməsi qaydalarını müəyyənləşdirir;
səfərbərlik ehtiyatlarına maddi sərvətlərin toplanması planını təsdiq edir;
ölkə iqtisadiyyatının səfərbərlik hazırlığına və səfərbərlik üzrə işə başlamasına, onun hərbi vəziyyət şəraiti rejiminə keçirilməsinə rəhbərlik edir, bu məsələlərə aid müvafiq qərarlar qəbul edir;
mülki və ərazi müdafiəsinin ümumi planlaşdırılmasını təşkil edir və onun yerinə yetirilməsinə nəzarət edir;
silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir;
vətəndaşların hərbi uçot ixtisasları üzrə və zabit kadrlarının hazırlanması qaydasını, sənaye və başqa müəssisə və təşkilatlarda hərbi nümayəndəliklərin yaradılması və fəaliyyəti qaydasını müəyyənləşdirir;
hərbi qulluqçuların, hərbi qulluqdan ehtiyata və ya istefaya buraxılmış şəxslərin, onların ailələrinin sosial və hüquqi təminatlarına dair qanunvericiliyin icrasını təmin edir.