Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Tərtib olunmuş (tərtibatçılıq) və kollektiv əsərlərə müəlliflik hüququ

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir.

Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Toplulara daxil edilmiş əsərlərin müəllifləri, müəllif müqaviləsində başqa hallar nəzərdə tutulmadıqda, öz əsərlərindən istədikləri qaydada istifadə edə bilərlər.

Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur.

2. Ensiklopediyaları, ensiklopedik lüğətləri, dövri və davamı olan elmi əsərlərin toplularını, qəzetləri, jurnalları və başqa dövri nəşrləri buraxan fiziki və hüquqi şəxslər belə nəşrlərdən bütövlükdə istifadə etmək üçün müstəsna hüquqa malikdirlər.

Naşirin belə nəşrlərdən hər hansı şəkildə təkrar istifadə olunarkən öz adını (təşkilatın adını) göstərmək, yaxud göstərilməsini tələb etmək ixtiyarı vardır.

Kollektiv əsərə daxil edilmiş əsərlərin müəllifləri müəllif müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, bütövlükdə kollektiv əsərdən asılı olmayaraq öz əsərlərindən istifadəyə müstəsna hüququ saxlayırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver