Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Törəmə əsərlərə müəlliflik hüququ

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Tərcüməçinin və digər törəmə əsər müəlliflərinin etdikləri tərcüməyə, dəyişməyə, aranjemana və digər yenidən işlənmələrə müəlliflik hüququ tanınır.

Tərcümə edilən, dəyişilən, aranjeman edilən, yaxud başqa cür yenidən işlənən əsərlərin müəlliflərinin hüquqları saxlanılmaqla, tərcüməçi və digər törəmə əsər müəllifi öz yaratdığı əsərə müəlliflik hüququndan istifadə edir.

Tərcüməçilərin və digər törəmə əsər müəlliflərinin müəlliflik hüququ həmin əsərlərin başqa şəxslər tərəfindən tərcüməsinə və yenidən işlənməsinə mane olmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver