Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Efir yayımı təşkilatlarının qısamüddətli istifadə üçün yaratdıqları yazılmalar

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Aşağıdakı şərtlər gözlənilməklə müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və əlavə haqq vermədən efir yayımı təşkilatının efir bildirişi hüququnu aldığı əsərin qısamüddətli istifadə üçün yazılmasına hüququ vardır:

a) yazılmanın efir yayımı təşkilatının öz avadanlığı vasitəsi ilə və onun öz verilişləri üçün hazırlanması;

b) yazılmış əsərin müəllifi ilə daha uzun müddət haqqında razılıq əldə edilmədikdə, belə yazılmanın 6 ay müddətində məhv edilməsi; belə yazılma müstəsna sənədli xarakter daşıyırsa, müəllifin razılığı olmadan dövlət arxivlərində saxlana bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver