Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Kompüter proqramlarının və məlumat bazalarının surətinin çıxarılması. Kompüter proqramlarının dekompilyasiyası

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Kompüter proqramını və ya məlumat bazasını qanuni əsasda əldə edən şəxs müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı vermədən aşağıdakıları həyata keçirə bilər:

a) kompüter proqramında və ya məlumat bazasında istifadəçinin texniki vasitələrinin fəaliyyəti üçün lazım olan qədər dəyişikliklər etmək, həmçinin kompüter proqramının və ya məlumat bazasının təyinatına uyğun şəkildə işlənməsi ilə bağlı hər hansı bir hərəkəti etmək, o cümlədən yazılma və kompüterin (bir kompüterin, yaxud kompüter şəbəkəsinə qoşulmuş istifadəçi kompüterin) yaddaşında saxlamaq, həmçinin, aşkar edilmiş səhvləri düzəltmək;

b) qanuni sahibkarın kompüter proqramının və ya məlumat bazasının itirilmiş, məhv edilmiş və ya istifadəyə yararsız formaya düşmüş nüsxəsinin dəyişdirilməsi və arxivləşdirilməsi üçün nəzərdə tutulmuş ehtiyat nüsxəni hazırlamaq.

2. Kompüter proqramının və ya məlumat bazasının ehtiyat nüsxəsi bu maddənin 1-ci hissəsi ilə nəzərdə tutulan hallardan başqa, digər məqsədlər üçün istifadə oluna bilməz, kompüter proqramına və ya məlumat bazasına sahiblik hüququna xitam verildiyi hallarda bu nüsxə məhv edilməlidir.

3. Kompüter proqramının nüsxəsini qanuni əsasda əldə edən şəxsin müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin icazəsi olmadan və haqq vermədən kompüter proqramını dekompilyasiya etmək (surətini hazırlamaq və obyekt kodunu çevirməklə onu ilkin mətnə çevirmək) ya da əgər digər şəxs tərəfindən müstəqil qaydada işlənmiş kompüter proqramının başqa proqram və dekompilyasiya olunan proqramlarla qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün onların dekompilyasiya edilməsinin vacibliyi ortaya çıxarsa, bu halda həmin şəxsə proqramın dekompilyasiyasını aşağıdakı şərtlər gözlənilməklə tapşırma hüququ vardır:

1) proqramların qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün vacib olan informasiya əvvəllər bu şəxsə başqa mənbələrdən məlum olmamışdır;

2) göstərilən hərəkətlər dekompilyasiya edilmiş proqramların qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün vacib olan hissələrlə məhdudlaşdırılır;

3) dekompilyasiya nəticəsində alınmış informasiya ancaq müstəqil qaydada işlənmiş kompüter proqramının başqa proqramlarla qarşılıqlı əlaqədə işləmək qabiliyyətinin əldə edilməsi üçün istifadə oluna bilər, digər şəxslərə verilə bilməz, həmçinin növünə görə dekompilyasiya edilmiş proqramla oxşar olan kompüter proqramının işlənməsi və ya müəlliflik hüquqlarını pozan digər hərəkətlərin həyata keçirilməsi üçün istifadə oluna bilməz.

III fəsil

Müəllİflİk hüququnun qüvvədə olma müddətİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver