1. Kommersiya məqsədi ilə buraxılmış fonoqramın istehsalçısının və ifası fonoqrama yazılmış ifaçının razılığı olmadan, lakin qonorar verilməklə aşağıdakılara icazə verilir:
fonoqramın kütləvi ifasına;
fonoqramın efirlə kütləvi bildirişinə;
fonoqramın kabellə kütləvi bildirişinə.
2. Bu maddənin 1-ci hissəsi ilə nəzərdə tutulmuş qonorarın yığılması, bölünməsi və ödənilməsi fonoqram istehsalçıları ilə ifaçıların hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar (bu Qanunun 40-cı maddəsi) arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Müqavilədə başqa hal nəzərdə tutulmadıqda, göstərilən qonorar fonoqram istehsalçısı ilə ifaçı arasında bərabər bölünür.
3. Qonorarın məbləği və ödənilməsi şərtləri fonoqramın istifadəçisi və ya belə istifadəçilərin birlikləri (assosiasiyaları) ilə fonoqram istehsalçıları və ifaçıların hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar arasında bağlanmış müqavilə əsasında, tərəflərin razılığa gəlmədikləri hallarda isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən edilir.
Qonorarın məbləği fonoqramdan istifadənin hər növünə görə müəyyən edilir.