Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38

Maddə 38. Efir yayımı təşkilatlarının həyata keçirdikləri ifaların və verilişlərin qısamüddətli istifadə üçün yazılması

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Efir yayımı təşkilatının aşağıdakı şərtlər gözlənilməklə, ifaçının, fonoqram istehsalçısının və yayım təşkilatının razılığı olmadan qısamüddətli istifadə üçün ifanı və ya verilişi yazmaq və həmin yazılmanın surətini çıxarmaq hüququ vardır:

1) efir yayımı təşkilatının qısamüddətli istifadə üçün yazmaq, yaxud surətini çıxarmaq istədiyi ifanın və ya verilişin efirlə kütləvi bildirişinə əvvəlcədən icazə alması;

2) efir yayımı təşkilatı tərəfindən öz avadanlığı vasitəsi ilə və məxsusi olaraq öz verilişləri üçün qısamüddətli istifadə üçün yazılmanın hazırlanması və surətinin çıxarılması;

3) bu Qanunun 23-cü maddəsinin “b” hissəsi ilə ədəbiyyat, elm və incəsənət əsərlərinin qısamüddətli istifadə üçün yazılmaları barəsində nəzərdə tutulmuş şərtlərlə belə yazılmaların sonradan məhv edilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver