Müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır:
1) elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması, xalqın mənəvi dəyərlərinin artırılması sahəsində fəaliyyətin həvəsləndirilməsi;
2) mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq müəlliflik hüquqlarını müəyyən edən və qoruyan qanunvericilik bazasının yaradılması;
3) müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsində dövlət idarəçiliyinin təşkili;
4) beynəlxalq əlaqələrin inkişaf etdirilməsi yolu ilə müəlliflərin digər dövlətlərin ərazilərində hüquqlarının qorunması.
Müəllif qonorarının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.