Məhkəmənin iştirakı olmadan iflas prosesinə yalnız borclu müəssisə (borclu dövlət müəssisəsi olduğu halda həmçinin müvafiq icra hakimiyyəti orqanı) tərəfindən qəbul olunmuş müvafiq qərara əsasən başlanıla bilər. Bu qərar qəbul olunduğu zaman ehtimal olunan əmlak inzibatçısı da təyin edilir. Həmin qərarın qəbul edildiyi tarix iflas prosesinə məhkəmənin iştirakı olmadan başlanmasının məqamıdır.
Yuxarıda nəzərdə tutulanlar borclu müəssisə tərəfindən məhkəmə qaydasında iflas prosesinə başlanılmasını istisna etmir.