Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Ehtimal olunan iflas barəsində kreditorlara bildiriş

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Borclu müəssisə kreditorların yığıncağı barəsində kreditorlara (borclu dövlət müəssisəsi olduğu halda həmçinin müvafiq icra hakimiyyəti orqanına) bildiriş göndərir. Kreditorların yığıncağı borclu müəssisə tərəfindən iflas prosesinə başlamaq qərarının qəbul edildiyi gündən ən geci 21 gün ərzində keçirilməlidir.

2. Bildiriş:

a) yığıncağın keçirilməsi tarixinə ən geci 14 gün qalmış poçt vasitəsilə (sifarişli məktubla) bütün məlum kreditorlara göndərilməli;

b) rəsmi dövri mətbu nəşrdə iki dəfə dərc olunmalı, həm də ikinci dəfə yığıncağın keçirilməsi tarixinə ən geci 7 gün qalmış dərc olunmalıdır.

3. Bildirişdə aşağıdakılar göstərilməlidir:

a) ehtimal olunan əmlak inzibatçısının adı (adı, atasının adı, soyadı) və ünvanı;

b) ehtimal olunan əmlak inzibatçısının borclunun təsərrüfat fəaliyyətinə dair kreditorlara lazım gələ biləcək əsaslı məlumatı onlara pulsuz verəcəyi barədə bəyanatı.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver