Qanunvericilik › Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Qeyri-kommersiya təşkilatlarının maliyyə hesabatlarının tərtib edilməsi

Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Büdcə təşkilatları və bələdiyyə orqanları bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun tərtib edirlər.

13.2. Qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formaya uyğun tərtib edirlər.

13.3. Siyasi partiyalar bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyasi partiyalarda mühasibat uçotunun aparılması qaydalarına uyğun tərtib edirlər.

13.4. Digər qeyri-kommersiya təşkilatları, o cümlədən büdcədənkənar dövlət fondları iş xüsusiyyətlərindən asılı olaraq maliyyə hesabatlarını bu Qanunla müəyyən edilmiş müvafiq beynəlxalq standartlara uyğun olaraq tərtib edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver