12.1. Təxirəsalınmaz hallar istisna olunmaqla insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiya tədbirləri narkoloji tibb müəssisəsində həyata keçirilir. Detoksifikasiyanın keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
12.2. Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində detoksifikasiyanın aparıldığı hər bir hal barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir.