Qanunvericilik › Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Narkoloji xəstələr üzərində xüsusi müşahidə

Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.0. Narkoloji yardımın həyata keçirilməsi zamanı aşağıdakı şəxslər üzərində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi müşahidə aparılır:

13.0.1. alkoqol psixozunu keçirmiş narkoloji xəstələr;

13.0.2. narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi nəticəsində əmələ gəlmiş intoksikasion psixozunu keçirmiş narkoloji xəstələr;

13.0.3. yetkinlik yaşına çatmayan uşaqları olan narkoloji xəstələr;

13.0.4. yetkinlik yaşına çatmayan narkoloji xəstələr;

13.0.5. HIV/AIDS-dən, hepatitlərdən, zöhrəvi xəstəliklərdən və aktiv formada vərəm xəstəliyindən əzab çəkən narkoloji xəstələr;

13.0.6. insan psixikasına təsir göstərən maddələrin qəbul edilməsi nəticəsində psixikasında dönməz psixi dəyişikliklər və şəxsiyyət dəyişiklikləri hökm sürən narkoloji xəstələr.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver