19.1. Narkoloji xəstələrin qeydiyyatı dövlət narkoloji tibb müəssisələri tərəfindən aparılır.
19.2. Hər bir narkomanın narkoloji xəstə kimi qeydiyyata alınması barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir.
19.3. Qeyri-dövlət narkoloji tibb müəssisələri yalnız dövlət narkoloji tibb müəssisələrində qeydiyyata alınmış narkoloji xəstələrə narkoloji yardım göstərə bilərlər.
19.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aşağıdakı kateqoriyalar üzrə narkoloji xəstələrin və insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin qeydiyyatını aparır:
19.4.1. spirtli içkilərdən sui-istifadə edən şəxslər;
19.4.2. alkoqolizmə düçar olan şəxslər;
19.4.3. narkotik vasitələrdən və psixotrop maddələrdən süi-istifadə edən şəxslər;
19.4.4. narkomanlığa düçar olan şəxslər;
19.4.5. bihuşedici maddələrdən sui-istifadə edən şəxslər;
19.4.6. toksikomanlığa düçar olan şəxslər.
19.5. Qeydiyyatı aparan narkoloji tibb müəssisəsi narkomanlığa düçar olan, habelə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər barəsində kəmiyyət göstəricilərini ümummilli məlumat bankına daxil edilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərir.
19.6. Narkoloji xəstələrin qeydiyyatının aparılması qaydası və onların qeydiyyatda olma müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını tərəfindən müəyyən edilir.