Qanunvericilik › Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Narkoloji xəstələr barəsində məhkəmə qaydasında tətbiq olunan məcburiyyət tədbirləri

Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Cinayət törətmiş narkoloji xəstələr barəsində tibbi xarakterli məcburi tədbirlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada tətbiq edilir.

21.1-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir.

21.2. İnsan psixikasına təsir göstərən maddələrdən sui-istifadə nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan şəxslərin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada baxılır.

21.2-1. Cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilir.

21.3. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş qaydada narkoloji xəstələr valideynlik hüququndan məhrum oluna bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver