I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:
1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;
1-1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatın tələbi ilə buraxılması;
2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;
3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;
4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi;
5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin təsdiqi;
6) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə etimad;
6-1) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Prezidentinin razılığı ilə istefası;
8) Naxçıvan Muxtar Respublikasında seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının üzvlərinin təyin edilməsi;
8-1) Naxçıvan Muxtar Respublikası məhkəmələrinin hakimləri sırasından Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqanın üzvlüyünə namizəd təklif edilməsi;
10) Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.
II. Bu maddənin I hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilən məsələlərə dair qanunlar, qalan məsələlərə dair isə eyni qaydada qərarlar qəbul edilir.