I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsidir.
II. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikası qanunvericilik sisteminə uyğundur.
III. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Naxçıvan Muxtar Respublikasının aşağıdakı normativ hüquqi aktlarından ibarətdir:
1) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası;
2) Naxçıvan Muxtar Respublikasının qanunları;
4) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları;
5) Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları.