I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır.
II. Naxçıvan Muxtar Respublikasının qanunları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına zidd olmamalıdır, yalnız dərc edilmiş qanunların tətbiqi və icrası Naxçıvan Muxtar Respublikasında bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
IV. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə Naxçıvan Muxtar Respublikasında onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
V. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına və Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına zidd olmamalıdır.
VI fəsil
Naxçıvan Muxtar Respublİkasının Konstİtusİyasına dəyİşİklİklər və əlavələr