Qanunvericilik › Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 28

Maddə 28. İddia müddəti

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

28.1. Nəqliyyat-ekspedisiya müqaviləsindən irəli gələn tələblər üzrə iddia müddəti 1 (bir) il təşkil edir. İddia müddəti ekspeditora və ya müştəriyə qarşı iddia qaldırmaq hüququ yarandığı andan (müştərinin və ya ekspeditorun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu andan) hesablanır.

28.2. İddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.4-2-ci maddəsində qeyd edilən hallarda və müddətdə dayandırılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver