Qanunvericilik › Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Nəqliyyat-ekspedisiya müqaviləsinin mahiyyəti

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən, bir tərəf (ekspeditor) ona veriləcək muzd müqabilində digər tərəfin (müştəri) tapşırığı əsasında və vəsaiti hesabına müqavilədə nəzərdə tutulan nəqliyyat-ekspedisiya xidmətlərinin təşkilini və göstərilməsini həyata keçirir.

9.2. Nəqliyyat-ekspedisiya xidmətləri mütəmadi həyata keçirildikdə müştəri ilə ekspeditor arasında uzunmüddətli nəqliyyat-ekspedisiya müqavilələri bağlanıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver